Ötən ay Azərbaycanda enerji istehsalı 6% azalıb

Ötən ay Azərbaycanda enerji istehsalı 6% azalıb Bu ilin 9 ayı ərzində 16,9 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib
Energetika
6 Oktyabr , 2015 12:39
Ötən ay Azərbaycanda enerji istehsalı 6% azalıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında ölkə enerji sistemində 1,6 mlrd. kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. "Report"un "Azərenerji" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,88% yaxud 0,1 mlrd. Kilovatsaat azdır.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Məlumata görə, cari ilin ötən 9 ayı ərzində isə 16,9 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% yaxud 0,2 mlrd. Kilovatsaat çoxdur.

Son xəbərlər

Orphus sistemi