Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrılıb

Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrılıb Bakı. 16 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Energetika
16 May , 2018 17:34
Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrılıb
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi