OPEK + ölkələri Vyanada neftin istehsal həcminin azaldılmasını müzakirə edə bilər

OPEK + ölkələri Vyanada neftin istehsal həcminin azaldılmasını müzakirə edə bilər Neftin istehsal həcmlərin azaldılmasına dair razılaşma 2018-ci ilin martindan sonra bitir
Energetika
23 Noyabr , 2017 03:48
OPEK + ölkələri Vyanada neftin istehsal həcminin azaldılmasını müzakirə edə bilər

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 30-da OPEK + ölkələri Avstriyanın paytaxtı Vyanada neftin istehsal həcminin azaldılmasına dair razılaşmanı 2018-ci lin sonunadək uzada bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino deyib.

"Neft ehtiyatlarının artıq qalan hissəsi 100 milyon barrel həcmini üstələyir. Aydın məsələdir ki, üzümüzə gələn mövsümdə biz bu göstəricini aşağı (5 llik normayadək - red) sala bilməyəcəyik. Bu səbəbdən neftin istehsal həcminin azaldılmasına aid razılaşmanın uzadılmasına dair qərar gələn həftə verilə bilər", - deyə nazir bildirib.

OPEK-ə üzv və qeyri-üzv ölkələrin geniş tərkibli konfransı Vyanada, noyabrın 30-a baş tutacaq. Məlumata görə, nazirlər adıçəkilən razılaşmanın gələn il martdan sonrakı taleyini müzakirə edəcək. 

Qeyd edək ki, neftin istehsal həcmlərinin azaldılmasına dair razılaşma 2018-ci ilin martinda bitir. 

Son xəbərlər

Orphus sistemi