OPEC ölkələri neft hasilatı səviyyəsini 3 aylıq minimuma endirib

OPEC ölkələri neft hasilatı səviyyəsini 3 aylıq minimuma endirib Azalma Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərin hesabına baş verir
Energetika
10 Sentyabr , 2016 16:46
OPEC ölkələri neft hasilatı səviyyəsini 3 aylıq minimuma endirib

Bakı. 10 sentyabr. REPORT.AZ/ OPEC ölkələri neft hasilatı səviyyəsini 3 aylıq minimuma endirib.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, OPEC-ə daxil olan ölkələrin ümumi hasilat həcmi avqust ayında günə 200 min barel azalıb və gündə 33 mln. barel təşkil edib. Bu göstəricilər 2016-cı ilin may ayından bu yana ən aşağı göstəricilərdir. 

Nəşrin məlumatına görə, azalma Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərin hesabına baş verir.

Təşkilatdan bildiriblər ki, bu məlumatlar ölkələrin hasilat səviyyəsinin dondurulması üzrə əməkdaşlığa hazırlığını göstərir. 

Son xəbərlər

Orphus sistemi