Yuxarı

OPEK neftin ucuzlaşmasına qarşı əməkdaşlığa səslədi

Neft bazarında vəziyyəti tənzimləmək məqsədi ilə OPEK dövlətlərarası dialoqu vacib sayır.

Bakı. 31 avqust. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin ucuzlaşması bir sıra dövlətlərin sosial-iqdisadi inkişafına mənfi təsir edir. Neft-qaz sektoruna investisiya qoyuluşunun həcmi azalır. Neft bazarında vəziyyəti tənzimləmək məqsədi ilə OPEK (Neft İxrac edən Ölkələr Birliyi) dövlətlərarası dialoqu vacib sayır. "Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir.

"Biz digər neft istehsal edən dövlətlərlə dialoqa hazırıq. Bununla belə, OPEK öz maraqlarını əsas götürəcək. Təşkilata üzv olan inkişaf etməkdə olan dövlətlərin başqa çıxış yolu yoxdur. Hesab edirik ki, neft bazarının gələcəyi dövlətlərarası əməkdaşlığa əsaslanmalıdır", - deyə bəyanatda qeyd olunur.

Bununla belə kartelin təşkilata üzv olmayan hansı dövlətlərlə danışıqlar aparmaq istədiyinə aydınlıq gətirilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi