Yuxarı
    Bağlamaq

    OPEK-in təcili iclası çağırıla bilər

    Bu, hasilat səviyyəsinin dondurulmasına dair razılaşma təqdirində mümkün olacaq

    Bakı. 19 sentyabr. REPORT.AZ/ OPEK Əlcəzairdə keçiriləcək görüşdə neft hasilatçıları, kartelə daxil olan və onun üzvü olmayan ölkələr arasında güşət əldə olunacağı təqdirdə təcili iclas çağıracaq.

    "Report" xəbər verir ki, bunu OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib.

    "Biz güman edirik ki, Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüş təcili iclasın çağırılması ilə nəticələnəcək və orada qərar qəbul olunacaq", - deyə "Algerie Press Service" baş katibin sözlərini sitat gətirib.

    "Əlcəzairin iştirakçılara təklifi var. Tərəfdaşlarımızla aparılan məsləhətləşmələr göstərir ki, bazarın stabilləşdirilməsi zərurəti ilə bağlı razılıq var. Bu artıq nikbinlik yaradır", - deyə Barkindo əlavə edib.

    Sentyabrın 26-28-i tarixlərində Əlcəzairdə Beynəlxalq Enerji Forumu keçiriləcək. İclas çərçivəsində neft ixracatçısı ölkələrinin hasilat səviyyəsinin dondurulması barədə danışıqlar aparacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi