OPEC-in Baş Katibi: “Enerji keçidində ölkələrin fərqli məsuliyyətləri nəzərə alınmalıdır”

OPEC-in Baş Katibi: “Enerji keçidində ölkələrin fərqli məsuliyyətləri nəzərə alınmalıdır” Enerji keçidi və iqlim dəyişikliyi proseslərində ölkələrin ümumi, lakin fərqli öhdəlikləri prinsipi nəzərə alınmalıdır.
Energetika
30 May , 2022 21:49
OPEC-in Baş Katibi: “Enerji keçidində ölkələrin fərqli məsuliyyətləri nəzərə alınmalıdır”

Enerji keçidi və iqlim dəyişikliyi proseslərində ölkələrin ümumi, lakin fərqli öhdəlikləri prinsipi nəzərə alınmalıdır.

“Report”un məlumatına görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

M. Barkindo, inkişaf etməkdə olan ölkələr həm iqlim dəyişikliyindən, həm də enerjiyə keçid prosesindən ciddi şəkildə təsirləndiyi üçün ehtiyatlı olmağın vacibliyini vurğulayıb.

OPEC-in baş katibi vurğulayıb ki, bu proseslərdə bərabərlik prinsipləri, tarixi məsuliyyət, ümumi, lakin fərqləndirilmiş öhdəliklər və ölkələrin müvafiq imkanları nəzərə alınmalıdır.

Bundan əlavə, Barkindo qeyd edib ki, hazırda neft istehsalçıları bazar iştirakçılarından ziddiyyətli siqnallar alırlar:

“Bir tərəfdən inflyasiyanın hazırkı artımını yumşaltmaq və qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək üçün onlardan hasilatı artırmaq istənilir, digər tərəfdən isə investisiyaların azalması ilə üzləşirlər. Bu da neft sənayesinin daha da inkişafına mane olur”.

Son xəbərlər

Orphus sistemi