OPEK, Əlcəzair və Qətər Moskva ilə Ər-Riyadın neft üzrə sazişini dəstəkləyib

OPEK, Əlcəzair və Qətər Moskva ilə Ər-Riyadın neft üzrə sazişini dəstəkləyib OPEK-in baş katibi dünya neft istehsalçılarını neft bazarının sabitləşdirilməsinə dair səyləri dəstəkləməyə çağırıb
Energetika
5 Sentyabr , 2016 19:51
OPEK, Əlcəzair və Qətər Moskva ilə Ər-Riyadın neft üzrə sazişini dəstəkləyib

Bakı. 5 sentyabr. REPORT.AZ/ OPEK-in baş katibi Məhəmməd Barkindo, eləcə də Qətərin və Əlcəzairin energetika nazirləri Məhəmməd ben Saleh əl-Səda və Nurəddin Buterfa Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neftin qiymətinin sabitləşdirilməsi üçün birgə tədbirlər haqqında sazişi dəstəklədiklərini bildiriblər.

Bu barədə "Report" RİA "Novosti" istinadən xəbər verir.

"Biz Səudiyyə Ərəbistanı və Rusiyanın razılaşmasını dəstəkləyirik", - Qətərin energetika naziri deyib.

Əlcəzairin energetika naziri OPEK ölkələri arasında daha geniş koordinasiyanın olmasının vacibliyini söyləyib.

OPEK-in baş katibi isə dünya neft istehsalçılarını Səudiyyə Ərəbistanı və Rusiyanın neft bazarının sabitləşdirilməsinə dair səylərini dəstəkləməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi