OPEC yeni tarazlayıcı saziş hazırlayır

OPEC yeni tarazlayıcı saziş hazırlayır Bakı. 24 noyabr. REPORT.AZ/ OPEC (Neft İstehsalçısı və İxracatçısı Ölkələr Təşkilatı) həm neft qiymətlərinin kəskin artımının qarşısını almaq, həm də bazarı tarazlaşdırmaq üçün hasilatı azaltmağa şərait yaradacaq yeni saziş layihəsini nəzərdən keçirir.
Energetika
24 Noyabr , 2018 13:54
OPEC yeni tarazlayıcı saziş hazırlayır

Bakı. 24 noyabr. REPORT.AZ/ OPEC (Neft İstehsalçısı və İxracatçısı Ölkələr Təşkilatı) həm neft qiymətlərinin kəskin artımının qarşısını almaq, həm də bazarı tarazlaşdırmaq üçün hasilatı azaltmağa şərait yaradacaq yeni saziş layihəsini nəzərdən keçirir.

“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, OPEC 2016-cı ildən tətbiq olunan hasilatın məqsəd göstəricilərinə qayıda bilər. OPEC təmsilçisinin sözlərinə görə, yeni saziş həm ABŞ-ın qiymət artımına yol verməmək siyasətinə, həm də hasilatın azalmasını istəməyən Rusiyanın planlarına uyğun gəlir.

Yazıda qeyd olunub ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 31,5 milyon barelədək azaltmağa hazır olsa da bunun ABŞ tərəfindən narazılıqla qarşılanacağından çəkinir.

Son xəbərlər

Orphus sistemi