Yuxarı
    Bağlamaq

    OPEC Vyana anlşamasını Rusiyasız uzatmağa hazırdır

    Bu açıqlama nefti daha 2% ucuzlaşdırıb

    Bakı. 27 aprel. REPORT.AZ/ OPEC neft hasilatının azaldılması ilə bağlı Vyana anlaşmasını Rusiyasının iştirakı olmadan belə uzada bilər.

    "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Parisdə keçirilən Beynəlxalq Neft Sammitində Anqolanın neft naziri Xose Mariya Botelyo di Vaskonselos deyib.

    Xatırladaq ki, neft hasilatının məhdudlaşdırılmasına dair Vyana anlaşmasının müddəti iyunun 30-da bitir. Anlaşmada iştirak edən ölkələrin mayın 25-də görüşərək anlaşmanın müddətinin daha 3-6 ay uzatması gözlənilir. OPEC-in hesabatına görə, anlaşma daha 6 ay uzadılarsa, neft bazarında sabitliyə nail olmaq mümkündür.

    Qeyd edək ki, Vaskonselosun bəyanatı birjalarda "Brent" markalı neftin qiymətinin 2%-ə yaxın azalaraq 51,4 dollar/barelə qədər enməsinə səbəb olub. Qiymətlərin 50 dollar/bareldən aşağı düşməsi ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi