OPEC Vyana anlaşmasının 9 ay uzadılmasını təklif edir

OPEC Vyana anlaşmasının 9 ay uzadılmasını təklif edir Neftin qiyməti azalmağa başlayıb
Energetika
24 May , 2017 17:09
OPEC Vyana anlaşmasının 9 ay uzadılmasını təklif edir

Bakı. 24 may. REPORT.AZ/ OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılmasına dair anlaşmasının monitorinqi üzrə Nazirlər Komitəsi sazişin daha 9 ay uzadılmasını təklif edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə bugünkü Vyana görüşündə iştirak edən və adının açıqlanmasını istəməyən Monitorinq Komitəsinin üzvlərindən biri bildirib. 

Qeyd edək ki, monitorinq üzrə Nazirlər Komitəsi 5 ölkə - Əlcəzair, Küveyt, Venesuela, Rusiya və Omanın nümayəndələrindən ibarətdir. Son iki ölkə OPEC üzvü deyil.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər neftin qiymətinin 54 dollar/barelə qədər geriləməsinə səbəb olub: "Əgər sammit anlaşmanın sadəcə 9 ay uzadılması ilə bitərsə, neft qiymətlərində azalma 50 dollar/barelə qədər davam edə bilər. Qiymətlərin yüksəlməsi üçün hasilat kvotasının bir qədər də azaldılması vacibdir".

Son xəbərlər

Orphus sistemi