OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib

OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib Yekun qərarın noyabrın 30-da OPEC+ sammitində veriləcəyi bildirilir
Energetika
24 Noyabr , 2017 16:08
OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib

Bakı. 24 noyabr. REPORT.AZ/ OPEC və Rusiyanın neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının uzadılmasına dair anlaşdıqları bildirilir.

"Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı müzakirələrdə iştirak edən mənbələr "Bloomberg" agentliyinə bildirib.

Qeyd edək ki, OPEC+ neft hasilatının azaldılması ilə bağlı cari anlaşmanın müddəti 2018-ci il martın 31-də bitir. Hazırda müzakirələrin davam etdiyi qeyd olunur.

Xatırladaq ki, noyabrın 30-da Vyanada OPEC+ anlaşması iştirakçıları və yeni dəvət olunan neft hasilatçısı ölkələrinin sammitində anlaşmanın hansı müddətə uzadılması ilə bağlı qərar veriləcək.