OPEC üzvlərinin sayı arta bilər

OPEC üzvlərinin sayı arta bilər Ekvatorial Qvineya Afrikanın 3-cü ən böyük neft hasilatçısıdır
Energetika
24 Yanvar , 2017 11:44
OPEC üzvlərinin sayı arta bilər

Bakı. 24 yanvar. REPORT.AZ/ Ekvatorial Qvineya 2017-ci ildə OPEC - neft ixrac edən ölkələr təşkilatına üzv olmaq niyyətindədir. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ölkənin mədən və karbohidrogen naziri Qabriel Mbeqa Obianq tərəfindən verilib: "Biz tam əminik ki, Ekvatorial Qvineyanın maraqları OPEC-in dünya neft sənayesinin inkişafı ilə üst-üstə düşür".

Qeyd edək ki, Afrikanın neft hasilatının həcminə görə 3-cü ən böyük ölkəsi olan Ekvatorial Qvineya OPEC-ə üzv olarsa, təşkilatdakı ölkələrin sayı 14-ə, Afrikadan olan OPEC üzvlərinin sayı isə 6-ya çatacaq.

İngilis versiyası OPEC members may increase

Son xəbərlər

Orphus sistemi