OPEC+ sammitindən sonra neft kəskin bahalaşıb

OPEC+ sammitindən sonra neft kəskin bahalaşıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Asiyadakı satışlarda əsas neft markalarının qiyməti kəskin artır.
Energetika
24 Sentyabr , 2018 12:48
OPEC+ sammitindən sonra neft kəskin bahalaşıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Asiyadakı satışlarda əsas neft markalarının qiyməti kəskin artır. 

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu, OPEC+ tərəfindən İrandan azalan neft ixracını əvəzləmək üçün hasilatın artırılmasına dair hər hansı işarənin gəlməməsinə bazarın cavabıdır. Belə ki, bu gün səhər Londonun İCE Futures birjasında bir barel “Brent” markalı neftin fyuçers qimyəti 1,01 dollar (1,28 faiz) bahalaşaraq 79,81 dollara çatıb. Həmçinin Nyu-York Əmtəə Birjasında keçirilən elektron hərrac zamanı WTI markalı neftin müqailə qiyməti 0,83 dollar (1,19 faiz) artaraq 71,61 dollara çatıb.

Sentyabrın 21-də keçirilən əvvəlki hərraclarda sözügedən markalar müvafiq olaraq 0,13 və 0,65 faiz bahalaşmışdı.

Qeyd edək ki, ötən həftə ərzində “Brent” 2,2 faiz, WTI isə 2,6 faiz bahalaşaraq bu il iyulun 13-dən etibarən maksimum səviyyəyə çatıb.

Son xəbərlər

Orphus sistemi