OPEC qlobal neft tələbi proqnozlarını artırıb

OPEC qlobal neft tələbi proqnozlarını artırıb Bakı. 13 noyabr. REPORT.AZ/ OPEC təşkilatı 2017-ci il üçün qlobal neft tələbi ilə bağlı ilkin proqnozunu 74 min barel/gün, 2018-ci il üçün isə 130 min barel/gün artırıb.
Energetika
13 Noyabr , 2017 17:18
OPEC qlobal neft tələbi proqnozlarını artırıb
REUTERS/ Heinz-Peter Bader

Bakı. 13 noyabr. REPORT.AZ/ OPEC təşkilatı 2017-ci il üçün qlobal neft tələbi ilə bağlı ilkin proqnozunu 74 min barel/gün, 2018-ci il üçün isə 130 min barel/gün artırıb.

"Report" OPEC-in noyabr hesabatına istinadən xəbər verir ki, bununla da 2017-ci ildə qlobal neft tələbi 1,53 mln. barel/gün artaraq 96,94 mln. barel/gün təşkil edəcək. Artıma səbəb kimi Çindən gələn tələbin gözləniləndən yüksək olması göstərilir.

OPEC 2018-ci il üçün isə qlobal neft tələbinin 1,51 mln. barel/gün artaraq 98,45 mln. barel/gün olacağını proqnozlaşdırır. Hesabatda həmçinin qeyd olunub ki, OPEC üzvü olmayan ölkələrin neft hasilatı 2018-ci ildə 870 min barel/gün artacaq. Xatırladaq ki, əvvəlki hesabatda bu göstərici 940 min barel/gün təşkil edib.

Qeyd edək ki, sabah Beynəlxalq Energetika Agentliyinin "Qlobal enerji icmalı" açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi