Yuxarı

​OPEC: Qlobal neft istehlakı artacaq

Ən çox neft Səudiyyə Ərəbistanı, İraq və Nigeriyada hasil olunur, ən çox geriləmə isə Liviya, İran və Əlcəzairdə müşahidə edilir

Bakı. 13 iyul. REPORT.AZ/ Gələn il dünya üzrə gündəlik neft istehlakı 1,34 mln. barel artaraq 93,94 mln. barelə bərabər olacaq. "Report" xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft bazarı ilə bağlı iyun hesabatında qeyd edilib.

Hesabata görə, bu il qlobal neftə olan gündəlik tələbat təxminən 1,28 mln. barel artaraq 92,61 mln. barelə çatıb. OPEC-in öncəki hesabatında isə gündəlik tələbatın 1,18 mln. barel artaraq 92,5 mln. barel/gün olacağı açıqlanmışdı.

Qurum 2016-cı ildə neftə olan tələbatın 42,6 mln. barelinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) dövlətləri, 31,3 mln. barelinin isə inkişafda olan ölkələrin payına düşəcəyini açıqlayıb.

Qeyd edək ki, 2014-cü ildə neftə tələbat gündəlik 91,32 mln. barel olub.

OPEC hesabatında neft hasilatı ilə bağlı məsələlərə də toxunub. Sənədə əsasən, iyunda öncəki aya nisbətən gündəlik neft hasilatı 283 min barel artaraq 31,38 mln. barelə çatıb. Ən çox neft hasil edən ölkələr Səudiyyə Ərəbistanı, İraq və Nigeriya olduğu halda, bu sahədə ən çox geriləmə Liviya, İran və Əlcəzairdə müşahidə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi