OPEC+ Qətərin üzvlükdən çıxmasını müzakirə edəcək

OPEC+ Qətərin üzvlükdən çıxmasını müzakirə edəcək
Energetika
4 Dekabr , 2018 12:19
OPEC+ Qətərin üzvlükdən çıxmasını müzakirə edəcək
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ OPEC+ Nazirlər Monitorinq Komitəsində Qətərin Neft İxracatçısı Ölkələr Təşkilatı (OPEC) üzvlüyündən çıxması məsələsi dekabrın 5-də müzakirə ediləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Bununla yanaşı, komitədə 2019-cu ildə neft hasilatının azaldılması məsələsini də müzakirə olunacaq.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi Rusiyanın OPEC+ çərçivəsində gələn il gündəlik hasilatı 150 min barelədək azaltmağa hazır olduğu barədə məlumat yaymışdı.