Azərbaycan gündəlik xam neft hasilatını 706 min barelə çatdıracaq

Azərbaycan gündəlik xam neft hasilatını 706 min barelə çatdıracaq Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 648 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika
2 İyun , 2022 18:28
Azərbaycan gündəlik xam neft hasilatını 706 min barelə çatdıracaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 648 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.

İyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barel artırılaraq 706 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 30-cu iclasının iyunun 30-da keçirilməsi razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi