“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı

“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı “OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.
Energetika
6 İyun , 2020 19:38
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı

“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.

“Report”un xəbərinə görə, bu barədə “TASS”a mənbə bildirib.

Qeyd olunub ki, növbəti iclas 30 noyabr1 dekabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, bu gün “OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında keçirilən iclası yekunlaşıb.

OPEC+ iclasının sonunda yekun kommunike qəbul edilib. Kommunikedə neft hasilatının azaldılmasının iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlinib.

Bundan başqa, OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.

Son xəbərlər

Orphus sistemi