OPEC+ ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalaması təxirə salına bilər

OPEC+ ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalaması təxirə salına bilər Bakı. 7 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri bu gün saziş imzalamaya bilər.
Energetika
7 Dekabr , 2018 16:48
OPEC+ ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalaması təxirə salına bilər

Bakı. 7 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri bu gün saziş imzalamaya bilər.

"Report" xəbər verir ki, bu barədə OPEC nümayəndə heyətlərindən birindəki mənbə TASS-a məlumat verib.

Onun sözlərinə görə, Vyanada keçirilən OPEC+ görüşünün gündəliyində yalnız daha sonrakı tarixdə bəyannamə qəbul etmək niyyəti barədə danışılır.

Jurnalistlərlə söhbət edən digər nümayəndə də sənədin bu gün imzalana biləcəyinə şübhə etdiyini bildirib. Saziş layihəsi iştirakçıların əlindədir, lakin bu günə olan halı ilə onun üzərində işləməyə ehtiyac var.

Son xəbərlər

Orphus sistemi