OPEC+ ölkələri Vyana sazişinin uzadılması ilə bağlı konsensusa gəlib

OPEC+ ölkələri Vyana sazişinin uzadılması ilə bağlı konsensusa gəlib OPEC+ ölkələri 2020-ci ilin mart ayının sonuna qədər qüvvədə olan neft hasilatının azaldılması ilə bağlı Vyana sazişinin müddətinin uzadılmasıyla əlaqədar konsensusa gəlib.
Energetika
29 Noyabr , 2019 10:56
OPEC+ ölkələri Vyana sazişinin uzadılması ilə bağlı konsensusa gəlib

OPEC+ ölkələri 2020-ci ilin mart ayının sonuna qədər qüvvədə olan neft hasilatının azaldılması ilə bağlı Vyana sazişinin müddətinin uzadılmasıyla əlaqədar konsensusa gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi məlumat verib.

"Mənə elə gəlir ki, sazişin müddətinin uzadılması ilə bağlı konsensus əldə olunub" deyən nazir sazişin 2020-ci ilin dekabr ayına qədər uzadılmasının məqsədəuyğun olacağını bildirib. 

O, sözlərini belə əsaslandırıb: "2020-ci ilin noyabr ayında ABŞ-da prezident seçkiləri olacaq. ABŞ-ın Çinlə ticarət üzrə siyasəti bazara təsir edəcək. Noyabrda bu sahədə yeni siyasətin olub-olmayacağını biləcəyik deyə, dekabrda işimiz asanlaşacaq. Müddəti 2021-ci ilin mart ayına qədər də uzada bilərik, buna qarşı deyiləm".

Qeyd edək ki, OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. İyulda keçirilən iclasda neft hasilatının 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən gündəlik 1,2 milyon barel azaldılması barədə sazişin müddəti 2020-ci il mart ayının sonuna qədər artırılıb.

OPEC+in növbəti iclası dekabrın əvvəlində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi