OPEC+ formatının iştirakçısı ölkələri may ayında gündəlik hasilatı 432 min barel artıracaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir qərar "OPEC+" nazirlərinin monitorinq komitəsi tərəfindən verilib. 2021-ci ilin avqust ayından bu yana hər ay gündəlik hasilat 400 min barel artırılırdı.
Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyası üzündən dünya neft bazarında tələbatın kəskin azalması ilə bağlı "OPEC+" formatı çərçivəsində gündəlik hasilatın həcmi 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaldılmışdı. Sonrakı dövrdə iqtisadiyyatın dirçəlməsilə bağlı hasilatın ixtisarı şərtləri dəfələrlə dəyişdirilib.