OPEC+ ölkələri iyuna qədər toplaşa bilər

OPEC+ ölkələri iyuna qədər toplaşa bilər Əgər Rusiya razılaşarsa, OPEC+ çərçivəsində iyun ayına qədər görüş keçirilə bilər.
Energetika
109
7 Mart , 2020 10:11
OPEC+ ölkələri iyuna qədər toplaşa bilər

"Əgər Rusiya razılaşarsa, OPEC+ çərçivəsində iyun ayına qədər görüş keçirilə bilər".

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Suyehl əl-Mazrui məlumat verib.

O deyib: “Biz Rusiyaya bir qədər də vaxt verməliyik və ümid edirik ki, onlar qayıdacaqlar”.

Qeyd edək ki, OPEC ölkələrinin növbəti görüşünün iyun ayında baş tutması nəzərdə tutulur. OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) iştirakçılarının martın 6-da keçirdiyi iclasın yekununda sazişin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Görüşdən öncə neft hasilatının gündəlik daha 1,5 mln. barel azaldılması və mövcud sazişin (1,7 mln. barel azalma) müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təklif edilib.

 Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır. Bu sazişin müddəti bu ay bitir.

İngilis versiyası OPEC+ to meet before June

Son xəbərlər

Orphus sistemi