OPEC+ ölkələri hasilatın azaldılmasına dair qərarı daha 6 ay uzada bilər

OPEC+ ölkələri hasilatın azaldılmasına dair qərarı daha 6 ay uzada bilər ABŞ-ın şist neft hasilatçıları neftin qiymətinin artımını 65 dollar/bareldə məhdudlaşdıracaq
Energetika
7 Mart , 2017 15:35
OPEC+ ölkələri hasilatın azaldılmasına dair qərarı daha 6 ay uzada bilər
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 7 mart. REPORT.AZ/ OPEC və kartelə üzv olmayan neft hasil edən ölkələrin (OPEC+) 2016-cı il noyabrın 30-da Vyanada hasilatın azaldılması ilə bağlı 2017-ci il yanvarın 1-də başlayan və 6 ay müddətinə qəbul edilən qərarı ilin sonuna qədər uzadacağı proqnozlaşdırılır. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə kartel üzvlərindən bir neçəsi "Reuters" agentliyinə açıqlama verib. Onlar bildiriblər ki, dünya neft ehtiyatlarında azalma qeydə alınmasa, OPEC+ nəinki hasilatın azaldılması ilə bağlı qərarını uzada, hətta hasilatı bir qədər də azalda bilər.

Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı qərarın tətbiqindən 2 ay keçməsinə baxmayaraq, OPEC+ öhdəliyinə 90%-dən çox əməl edib. Məhz bu səbəbdən neftin qiyməti 50 dollar/bareldən baha satılır. OPEC-in açıqlamasına görə, onun əsas vəzifəsi qlobal neft ehtiyatlarının həcmində azalmaya nail olmaqdır. Təşkilatın hesabatına əsasən, 2016-cı ilin dekabr ayında OECD ölkələrinin neft ehtiyatları 2,999 mlrd. barelə geriləsə də son 5 illik orta qiymətdən 299 mln. barel artıq olub.

OPEC+ neft hasilatını bir qədər də azaltsa, bu dəfə ABŞ-ın şist neft hasilatçılarının hasilatı artıracağı gözlənilir. Bu səbəbdən təşkilatın orta bir mövqe tutması gözlənilir. Bu da neftin qiymətinin artımını 65 dollar/barel səviyyəsində məhdudlaşdırır.

Son xəbərlər

Orphus sistemi