OPEC+ ölkələri gələn il neft hasilatının həcmi ilə mövqeyini açıqlayıb

OPEC+ ölkələri gələn il neft hasilatının həcmi ilə mövqeyini açıqlayıb Bakı. 12 noyabr. REPORT.AZ/ OPEC+ ölkələri gələn il neft hasilatının həcmini artırmağı planlaşdırmır.
Energetika
12 Noyabr , 2018 11:37
OPEC+ ölkələri gələn il neft hasilatının həcmi ilə mövqeyini açıqlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ "OPEC+ ölkələri gələn il neft hasilatının həcmini artırmağı planlaşdırmır".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suheyl əl-Məzrui bildilib.

“Digər OPEC+ ölkələri ilə məsləhətləşmələrimizi davam etdirəcəyik. Ancaq hələlik deyə bilərəm ki, yeni strategiyamızda 2019-cu ildə neft hasilatının həcminin artırılması nəzərdə tutulmayıb", -  əl-Mazrui qeyd edib. 

O, bu barədə Monitorinq Komitəsinin iclasının nəticələrindən sonra açıqlama verib. 

Xatırladaq ki, bundan əvvəl də Səudiyyə Ərəbistanın energetika naziri OPEC+ ölkələrinin gələnilki neft hasilatı planları ilə bağlı açıqlama vermişdi. 

Son xəbərlər

Orphus sistemi