OPEC ölkələri avqustda hasilatın azaldılması üzrə planı 98% yerinə yetirib

OPEC ölkələri avqustda hasilatın azaldılması üzrə planı 98% yerinə yetirib Hasilatın azaldılması müddətinin daha da uzadılması oktyabrın 4-də müzakirə olunacaq
Energetika
13 Sentyabr , 2017 23:44
OPEC ölkələri avqustda hasilatın azaldılması üzrə planı 98% yerinə yetirib

Bakı. 13 sentyabr. REPORT.AZ/ OPEC ölkələri avqust ayında hasilatın azaldılması üzrə razılaşmanı 98% yerinə yetirib.

"Report" xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Nəmdar Zanqaneyə istinadən "Shana" agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, planın yerinə yetirilməsi səviyyəsi gələcəkdə artacaq.

Zanqane həmçinin əlavə edib ki, hasilatın azaldılması üzrə sövdələşmənin gələcəkdə uzadılması oktyabrın 4-də Moskvada keçiriləcək energetika inkişafı və enerjiyə qənaətə dair "Rusiya enerji həftəsi" beynəlxalq forumda müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi