OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib

OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib Bakı. 5 dekabr. REPORT.AZ/ OPEC ölkələrinin noyabr ayında neft hasilatı 0,3 mln. barel/gün və ya 0,9% azalaraq 32,48 mln. barel/günə geriləyib.
Energetika
5 Dekabr , 2017 10:43
OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib
REUTERS/ Heinz-Peter Bader

Bakı. 5 dekabr. REPORT.AZ/ OPEC ölkələrinin noyabr ayında neft hasilatı 0,3 mln. barel/gün və ya 0,9% azalaraq 32,48 mln. barel/günə geriləyib.

"Report" xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinin araşdırmalarına əsasən verilib.

Araşdırmada bildirilir ki, göstərici Anqola, İraq, Nigeriya və Venesuelada hasilatın geriləməsi səbəbindən azalıb: "OPEC-in noyabr ayında hasilat həcmi OPEC+ anlaşmasında etalon kimi qəbul edilən 2016-cı ilin oktyabr səviyyəsi ilə müqayisədə 1,298 mln. barel/gün aşağı olub. Həmçinin, noyabrda hasilat həcmi OPEC+ anlaşması üzvlərinin qəbul etdiyi öhdəlikdən də 134 min barel/gün az olub. Bununla da, noyabr anlaşması üzrə öhdəliyə 112% əməl edilib. Qeyd edək ki, oktyabr ayında bu göstərici 92% təşkil edib".

Son xəbərlər

Orphus sistemi