OPEC noyabrda neft hasilatını 133 min barel/gün azaldıb

OPEC noyabrda neft hasilatını 133 min barel/gün azaldıb Qeyri-OPEC ölkələri isə gündəlik hasilatı 810 min barel artırıb
Energetika
13 Dekabr , 2017 17:29
OPEC noyabrda neft hasilatını 133 min barel/gün azaldıb
REUTERS/ Heinz-Peter Bader

Bakı. 13 dekabr. REPORT.AZ/ OPEC ölkələrində neft hasilatının həcmi noyabr ayında aylıq müqayisədə 133 min barel və ya 0,4% azalaraq 32,45 mln. barel/günə geriləyib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, noyabr ayında qlobal neft təklifi aylıq müqayisədə 840 min barel/gün və ya 0,87% artaraq 97,44 mln. barel/günə çatıb.

Noyabrda qeyri-OPEC ölkələrinin neft hasilatı 810 min barel/gün və ya 1,42% artaraq 57,82 mln. barel təşkil edib.

OPEC-in neft hasilatını azaltması qlobal bazarda xüsusi çəkisinin 33,3%-ə geriləməsinə səbəb olub. OPEC sıralarında ən çox hasilat (95,8 min barel/gün) Nigeriyada artıb. Anqolada hasilat 108,7 min barel/gun, Səudiyyə Ərəbistanında 45 min barel/gün azalma göstərib.

OPEC-in proqnozlarına görə, 2018-ci ildə qlobal neft tələbi 1,51 mln. barel/gün artaraq 98,45 mln. barel/gün təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi