OPEC neft hasilatını yeni rekord həddə çatdırıb

OPEC neft hasilatını yeni rekord həddə çatdırıb Qlobal neft təklifi sentyabrda 600 min barel/gün artıb
Energetika
11 Oktyabr , 2016 15:07
OPEC neft hasilatını yeni rekord həddə çatdırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ OPEC təşkilatı üzvlərinin neft hasilatı bu ilin sentyabr ayında 160 min barel/gün və ya 0,48% artaraq 33,64 mln. barel/günə çatıb. Bu, yeni tarixi rekord sayılır.

"Report" Beynəlxalq Energetika Agentliyinin aylıq hesabatına istinadən xəbər verir ki, artım əsasən İraqda hasilatın rekord səviyyəyə çatması və Liviyanın hasilatı bərpa etməsi hesabına baş verib. Bu iki ölkədəki hasilat artımı Anqola və Səudiyyə Ərəbistanının hasilatındakı azalmanı kompensasiya edib. 

Ümumilikdə, OPEC-in hasilatındakı yüksəliş neft təklifinin keçən ilin analoji dövrü ilə müqayisədə 900 min barel/gün artmasına səbəb olub. Qlobal neft təklifi sentyabrda illik müqayisədə 0,6 mln. barel/gün artıb.

Qeyd edək ki, OPEC üzvü olmayan ölkələrdə ümumi neft hasilatı isə sentyabrda illik müqayisədə 500 min barel artaraq 56,59 mln. barel/gün olub. Bu ölkələr sırasında hasilatın ən güclü artımı Kanadada baş verib və gündəlik 4,32 mln. barel təşkil edib. Beləliklə, sentyabrda gündəlik qlobal neft təklifi 97,2 mln. barelə çatıb. İEA-ya görə, bu il neftə tələbin 96,3 mln. barel/gün, gələn il isə 97,5 mln. barel/gün olması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi