Yuxarı
    Bağlamaq

    ​OPEC neft hasilatını 8 illik maksimuma çatdırıb

    OPEC-in üzvü olmayan ölkələrdə isə hasilat azalacaq

    Bakı. 12 may. REPORT.AZ/ OPEC ölkələri 2016-cı ilin aprel ayında neft hasilatını 330 min barel/gün və ya 1,02% artıraraq 32,76 mln. barel/günə çatdırıb. "Report"un Beynəlxalq Energetika Agenliyinə (IEA) istinadən verdiyi xəbərə görə, bu, 2008-ci ildən etibarən ən yüksək göstərici hesab olunur. 

    Hasilatın əsasən İran, İraq və BƏƏ-də artması və Küveyt ilə Nigeriyada göstəricinin azalmasının örtülməsi hesabına formalaşdığı bildirilir. Səudiyyə Ərəbistanının hesabat dövründə gündəlik 10,20 mln. barel, İranın isə 3,56 mln. barel hasil etdiyi qeyd olunub. 

    IEA hesab edib ki, OPEC iyuna qədər hasilatı artırmağa davam edəcək. Həmçinin, OPEC-in üzvü olmayan ölkələrdə gündəlik neft hasilatının 800 min barel və ya 1,4% azalaraq 56,8 mln. barelə enəcəyi proqnozlaşdırılır. 

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Nigeriya rəsmiləri mayın 10-da ölkələrinin neft hasilatını artıracağını bəyan ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi