Yuxarı

OPEC neft bazarındakı tələb və təklifə dair proqnozunu dəyişib

Bakı. 13 noyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il və gələn il dünya neft bazarındakı tələb-təklifin dəyişməsinə dair proqnozunu dəyişib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın noyabr ayı üzrə hesabatında bildirilir.

OPEC bu il neftə gündəlik tələbatın 1,5 mln. barel, gələn il isə 1,29 mln. barel artacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay verdiyi proqnozlardan müvafiq olaraq 40 min barel və 70 min barel azdır. Hazırda dünyada neftə olan gündəlik tələbatın isə 98,79 mln. barel olduğu bildirilir. 

Bununla yanaşı, OPEC ona üzv olmayan ölkələrin neft bazarında gündəlik təklifinin bu il 2,23 mln. barel, gələn il isə 2,23 mln. barel artacağını proqnozlaşdırır. Bu isə qurumun ötən ay verdiyi proqnozdan müvafiq olaraq 90 min barel və 120 min barel çoxdur. 

OPEC hesab edir ki, neft hasilatının və təklifinin artması, əsasən, ABŞ, Kanada, Braziliya, Böyük Britaniya kimi ölkələrin hesabına baş verəcək, Meksika və Norveç kimi ölkələrdə isə hasilat azalmağa davam edəcək. 

Hazırda qeyri-OPEC ölkələrinin gündəlik neft təklifinin 59.86 mln. barel olduğu, 2019-cu ildə 0,12 milyon barel artırılaraq 62,09 milyon barelə çatacağı da hesabatda qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi