Husilərin "Saudi Aramco"nun güclərinə hücumları nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatının azalması neft bazarı üçün fors-major vəziyyətə səbəb olmayacaq.
"Report" xəbər verir ki, bu barədə TASS-a OPEC-dəki yüksək vəzifəli şəxs məlumat verib.
Onun sözlərinə görə, OPEC vəziyyəti Beynəlxalq Enerji Agentliyi (BEA) ilə birgə izləyir.
"Səudiyyə Ərəbistanı və "Saudi Aramco" vəziyyətə tam nəzarət edir. İndiyə qədər onlar keçmişdəki hadisələrin öhdəsindən çox yaxşı gəliblər. Burada fors-major üçün heç bir səbəb yoxdur", - agentliyin müsahibi deyib.
O həmçinin bildirib ki, tədarükün təhlükəsizliyi OPEC üçün prioritet məsələdir, buna görə təşkilatın qərargahı vəziyyəti BEA ilə birlikdə izləyir.
Mənbənin sözlərinə görə, OPEC ölkələrinin növbədənkənar iclasının çağırılması məsələsi müzakirə olunmur.
"OPEC-də bu barədə təşviş yoxdur", - o söyləyib.