OPEC+ nazirlərinin monitorinq komitəsi hasilata dair tövsiyə qəbul etmədi

OPEC+ nazirlərinin monitorinq komitəsi hasilata dair tövsiyə qəbul etmədi OPEC+ nazirlərinin monitorinq komitəsinin bu gün keçirilən və bir saatdan artıq davam edən iclası zamanı mart ayından sonrakı dövrdə neft hasilatına dair hər hansı qərar qəbul edilməyib.
Energetika
3 Fevral , 2021 19:34
OPEC+ nazirlərinin monitorinq komitəsi hasilata dair tövsiyə qəbul etmədi

OPEC+ nazirlərinin monitorinq komitəsinin bu gün keçirilən və bir saatdan artıq davam edən iclası zamanı mart ayından sonrakı dövrdə neft hasilatına dair hər hansı qərar qəbul edilməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-dəki mənbə bildirib.

Qeyd olunub ki, iclasda neft bazarındakı cari vəziyyətlə bağlı katibliyin hesabatı dinlənilib və artıq hasilata yol verən bəzi ölkələr bunun əvəzini çıxmağa çağırılıb.

Başqa mənbənin dediyinə görə, komitənin növbəti iclası mart ayının 3-də keçiriləcək, 4-də isə OPEC+ ölkələrinin nazirləri apreldə hasilatın həcminə dair müzakirə aparacaqlar.

Xatırladaq ki, bu ilin yanvar ayında OPEC+ formatı çərçivəsindəki görüş zamanı fevral ayında gündəlik hasilat həcmini (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən, Səudiyyə Ərəbistanı və Rusiya üçün isə 11 milyon barel səviyyəsinə nisbətən) 7.125 min barel, mart ayında isə 7.050 min barel ixtisar etmək barədə razılıq əldə edilib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı və bir neçə başqa ölkə əlavə olaraq hasilatı 1.425 min barel də ixtisar edəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi