OPEC+ Monitorinq Komitəsinin növbəti iclası sentyabrda Əbu-Dabidə keçiriləcək

OPEC+ Monitorinq Komitəsinin növbəti iclası sentyabrda Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin növbəti iclası bu ilin sentyabrında Əbu-Dabidə keçiriləcək.
Energetika
2 İyul , 2019 17:55
OPEC+ Monitorinq Komitəsinin növbəti iclası sentyabrda Əbu-Dabidə keçiriləcək

OPEC+ Monitorinq Komitəsinin növbəti iclası bu ilin sentyabrında Əbu-Dabidə keçiriləcək.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Omanın neft naziri Məhəmməd ər-Rumhi məlumat verib.

O, OPEC+ Monitorinq Komitəsinin növbəti iclasının harada keçiriləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, növbəti görüş Əbu-Dabidə sentyabrın əvvəllərində baş tutacaq.

Qeyd edək ki, OPEC və bir sıra təşkilata daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı sazişi (OPEC+ sazişi) 2017-ci ilin əvvəlindən qüvvədədir. 2019-cu ilin birinci yarımilliyində OPEC üzvlərinin gündəlik hasilatın 2018-ci ilin oktyabr səviyyəsinə nisbətində 1,2 mln. barel azaldılması razılaşdırılıb. Bu sazişə İran, Liviya və Venesuela qoşulmayıb. 

Son xəbərlər

Orphus sistemi