OPEC mayda neft hasilatını Liviya və Nigeriya hesabına artırıb

OPEC mayda neft hasilatını Liviya və Nigeriya hesabına artırıb OPEC ölkələri üzrə gündəlik neft hasilatı 250 min barel artırıb
Energetika
1 İyun , 2017 13:52
OPEC mayda neft hasilatını Liviya və Nigeriya hesabına artırıb

Bakı. 1 iyun. REPORT.AZ/ OPEC təşkilatına üzv olan ölkələrin may ayında neft hasilatı Liviya və Nigeriyanın hesabına artıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Liviya neft hasilatını 827 min barel/günə çatdırıb. Liviya Milli Neft Korporasiyasından bildirilib ki, texniki problemlərin aradan qaldırılması "Şarara" yatağında hasilatı bərpa etməyə imkan verib. Qeyd edək ki, Liviyada hasilat hələ də 2011-ci il inqilabından əvvəlki 1, 6 mln. barel/gün göstəricisindən xeyli aşağıdır. Bununla yanaşı, Nigeriya "Forkados" terminalında ixrac əməliyyatlarını bərpa edib.

Qeyd edək ki, Liviya və Nigeriya OPEC və ona üzv olmayan ölkələrin hasilatın azaldılması barədə anlaşmasında istisna ilə iştirak edən ölkələrdir. Bu ölkələrə neft hasilatını normal səviyyəyə çatdırana qədər anlaşmadan kənar qalmağa icazə verilib.

Liviya ilə Nigeriyanın hasilatı artırması nəticəsində OPEC-in may ayında orta gündəlik neft hasilatı aprel ayı ilə müqayisədə 250 min barel artaraq 32,2 mln. barelə çatıb. May ayında OPEC ölkələrinin anlaşmaya riayət etmə faizi 90%-dən 95%-ə yüksələrək hasilat daha 60 min barel/gün azaldılıb. 

Son xəbərlər

Orphus sistemi