Yuxarı

OPEC-in neft hasilatında son 2 ilin ən böyük azalması qeydə alınıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ötən ilin dekabr ayında neft hasilatının həcmini azaltmaq barədə qərar verənə qədər hasilat göstəricisinin son 2 ildə ən kəskin şəkildə azaldığı məlum olub. 

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, gündəlik hasilatın həcmi 530 min barel azalaraq 32,6 mln. barel təşkil edib. Bu, isə OPEC-in neft bazarında bolluğa qarşı strategiyasını işə saldığı 2017-ci ilin yanvar ayından bəri ən kəskin azalmadır. Mövcud vəziyyət Səudiyyə Ərəbistanının ABŞ və Çinə neft ixracının azaldığını nəzərə alaraq dekabrda gündəlik neft hasilatını 7,717 mln. bareldən 7,253 milyon barelə endirməsi ilə bağlıdır. 

“Səudiyyə Ərəbistanının dünya neft bazarında bolluğu azaltmaq məsələsinə o qədər də ciddi yanaşmadığını zənn edənlər bu barədə bir daha düşünməlidir”, - deyə “Price Futures Group”un eksperti Fil Flinn bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi