OPEC-in Monitorinq Komitəsi hasilatın azaldılması ilə bağlı anlaşmanın uzadılmasını dəstəkləyib

OPEC-in Monitorinq Komitəsi hasilatın azaldılması ilə bağlı anlaşmanın uzadılmasını dəstəkləyib Komitə qərarın aprel ayında verilməsi üçün müraciət edib
Energetika
27 Mart , 2017 15:27
OPEC-in Monitorinq Komitəsi hasilatın azaldılması ilə bağlı anlaşmanın uzadılmasını dəstəkləyib

Bakı. 27 mart. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da əldə olunmuş anlaşmaya riayət edilməsinə nəzarət üzrə OPEC-in Monitorinq Komitəsinin martın 25-26-da keçirdiyi görüşdə Küveyt, Oman, Rusiya, Venesuela və Əlcəzair iştirak edib. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, görüşdə Komitə üzvü olan ölkələr qlobal neft ehtiyatlarının azaldılması üçün uzun müddətin tələb olunacağını, bu səbəbdən neft hasilatının azaldılması üzrə iyun ayının sonunda müddəti bitən Vyana sazişinın vaxtının uzadılması qərarını dəstəklədiklərini bildiriblər.

Bununla yanaşı, Komitə OPEC-in neft hasilatını azaltmaq barədə sazişin uzadılması qərarına aprel ayında baxılması üçün müraciət edib. Qeyd edək ki, sazişin uzadılması məsələsinə OPEC-in mayın 25-də Vyanadakı iclasında baxılması planlaşdırılmışdı. Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak sazişin müddətinin uzadılması məsələsinə fikir bildirib və "bu barədə danışmaq üçün çox erkəndir" deyib.

İclasda çıxış edən OPEC-in baş katibi Məhəmməd Barkindo, OECD ölkələrinin neft ehtiyatlarının son 5 ilin orta səviyyəsindən 282 mln. barel çox olduğunu bildirib. Küveytin neft naziri Essam əl-Mazruk isə OPEC-in hasilatın azaldılması razılaşmasına fevral ayında 106%, OPEC üzvü olmayan ölkələrin isə 64% riayət etdiyini, ümumilikdə anlaşmaya 94% əməl olunduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi