Yuxarı

OPEC-in görüşü Meksikanın mövqeyinə görə yekunlaşmır

​OPEC-in görüşü Meksikanın mövqeyinə görə yekunlaşmır

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşü 8 saatdır davam edir.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” iki mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, görüş yalnız Meksikanın prinsipial mövqeyinə görə yekunlaşmır. Belə ki, Meksika neft hasilatını azaltmaqla bağlı irəli sürülən təkliflə razı deyil və OPEC + dan çıxmaq niyyətindədir.

Mənbə əlavə edib ki, digər OPEC + iştirakçıları Meksikanı neft hasilatını gündəlik 400 min barel azaltmaq barədə razı salmağa çalışırlar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi