Yuxarı
    Bağlamaq

    OPEC-in baş katibi neft hasilatı üzrə razılaşmaya məsul olan komitənin işini müzakirə edəcək

    Mühəmməd Sanusi Barkindo yanvarın 8-də Küveytə səfər edəcək

    Bakı. 4 yanvar. REPORT.AZ/ OPEC-in baş katibi Mühəmməd Sanusi Barkindo yanvarın 8-də Küveytə səfər edəcək.

    "Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. 

    Məlumata görə, baş katib birlik ölkələrinin neft hasilatının ixtisarı üzrə razılaşmalara riayət etməsinə məsul olan komitənin iş mexanizmlərini müzakirə edəcək. O, Küveytdə bu ölkənin neft naziri və OPEC-in monitorinq komissiyasının rəhbəri Əssam əl-Marzukla da məsləhətləşmələr keçirəcək. Küveytin Neft Nazirliyindən bildirilib ki, Mühəmməd Sanusi Barkindonun səfəri OPEC və qeyri-OPEC ölkələri arasında ötən ilin noyabrında əldə edilmiş razılaşmanın qüvvəyə minməsi fonunda olduqca zəruridir.

    Yeri gəlmişkən, OPEC ölkələrinin neft hasilatı üzrə monitorinq komitəsinin növbəti toplantısı yanvarın 21-22-də Vyanada keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi