OPEC-in Baş katibi 2023-2024-cü illərdə neftə tələbatın olacağına əmindir

OPEC-in Baş katibi 2023-2024-cü illərdə neftə tələbatın olacağına əmindir OPEC-in Baş katibi Haytam əl-Qeys neftə olan tələbata dair nikbin olduğunu bildirib.
Energetika
2 Oktyabr , 2023 13:07
OPEC-in Baş katibi 2023-2024-cü illərdə neftə tələbatın olacağına əmindir

OPEC-in Baş katibi Haytam əl-Qeys neftə olan tələbata dair nikbin olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, neft-qaz sənayesinə kifayət qədər investisiya qoyulmaması enerji təhlükəsizliyi üçün risklərdən biridir. Haytam əl-Qeys, neft və qaz hasilatına investisiyaların davam etdirilməsinin vacibliyini qeyd edib və neft sektorunun maliyyələşdirilməsinin dayandırılması ilə bağlı çağırışları səmərəsiz adlandırıb.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılması ilə bağlı qərarlarını 2023-cü ilin sonuna qədər uzatdıqlarını elan ediblər. Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 1 milyon barel, Rusiya isə 300 min barel azaldıb.

Son xəbərlər

Orphus sistemi