OPEC+ iclası dekabrın 3-nə təxirə salındı

OPEC+ iclası dekabrın 3-nə təxirə salındı Bu barədə iştirakçı ölkələrin nümayəndələrinə göndərilən məktubda deyilir.
Energetika
163
1 Dekabr , 2020 10:54
OPEC+ iclası dekabrın 3-nə təxirə salındı

Dekabrın 1-də keçirilməli olan OPEC+ nazirlər iclası dekabrın 3-nə təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iştirakçı ölkələrin nümayəndələrinə göndərilən məktubda deyilir.

Məktubda deyilir ki, iclas cümə axşamı Bakı vaxtı ilə saat 17:00-a təyin olunub və videokonfrans formatında keçiriləcək.

Bir mənbədən bildirilib ki, iclasa qədər olan vaxtdan qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə olunacaq. Daha əvvəl OPEC+ ölkələri 2021-ci ilin qarşıdakı aylarında neft hasilatının nə qədər azaldılması barədə konsensusa gələ bilməmişdi.

OPEC+ nazirləri azı noyabr ayının ortalarından bəri 2021-ci ildə neft hasilatının azaldılması mexanizmi ilə bağlı bir kompromis əldə olunmasına çalışır. Hər birinin tərəfdarları və əleyhdarı olan üç əsas ssenari var. Əsas varianta əsasən, OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı mövcud səviyyəni azı 2021-ci ilin mart ayının sonuna qədər uzadırlar.

Digər variantda ilkin razılaşmanın şərtləri həyata keçirilir və yanvar ayından etibarən neft hasilatı mövcud səviyyə ilə müqayisədə sutkada 1,9 milyon barel artırılır. Üçüncü ssenari isə birinci rüb ərzində həcmlərin tədricən artmasını nəzərdə tutur.

Bazar ertəsi OPEC ölkələrinin toplantısında istehsal səviyyələri ilə bağlı qərar verilməyib, nazirlər bu məsələni qeyri-OPEC ölkələrindən olan həmkarları ilə bir daha müzakirə etmək qərarına gəliblər.

Son xəbərlər

Orphus sistemi