OPEC-i əvəz edən yeni alyans yaradılır

OPEC-i əvəz edən yeni alyans yaradılır "Brent" markalı neft sürətlə bahalaşır
Energetika
10 Oktyabr , 2016 17:54
OPEC-i əvəz edən yeni alyans yaradılır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Venesuelanın Prezidenti Nikolas Maduro neft hasilatçısı olan ölkələrin yeni alyans yaradacaqlarına ümid etdiyini bildirib. 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-13-də İstanbulda (Türkiyə) keçirilən XXIII Beynəlxalq Energetika Forumunda bildirilib ki, yeni alyansın OPEC-dən daha çox ölkəni əhatə edəcəyi gözlənilir. 

Venesuela prezidenti mövzu ilə əlaqədar hasilatçı ölkələrin oktyabrın 12-də toplanacağını bildirib. N.Maduro həmçinin OPEC üzvü olan ölkələrin bu görüş zamanı hasilatı azaltmaq barədə razılığa gələcəklərini gözlədiyini söyləyib.

Qeyd edək ki, bu xəbər "Brent" markalı neftin qiymətini 53 dollar/barelə yüksəldib. 

Xatırladaq ki, bir neçə saat əvvəl Rusiya Prezidenti V.Putin neft hasilatını azalda biləcəklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi