Yuxarı

​OPEC hasilatı maksimum həddə çatdırıb

Neft 20 dollara qədər enə bilər

Bakı. 12 iyul. REPORT.AZ/ OPEC - neft ixrac edən ölkələr təşkilatının üzvləri 2016-ci il iyun ayında orta hesabla neft hasilatını 2008-ci ildən etibarən maksimum hədd olan 32,73 mln. barel/günə çatdırıblar. 

"Report" "S&P Global Platts" informasiya agentliyinə istinadən xəbər verir ki, iyun ayında hasilat may ayı ilə müqayisədə 0,3 mln. barel/gün və ya 0,92% artaraq 32,73 mln.barelə yüksəlib. Hasilatı ən çox artıran ölkələr sırasında Nigeriya yer alıb. Bu ölkə gündəlik hasilatı 0,15 mln. barel və ya 10,6% artıraraq 1,57 mln. barel/günə çatdırıb. İran isə öz növbəsində hasilatı 0,08 mln. barel/gün və ya 2,25% artıraraq 3,63 mln. barelə yüksəldib. Eyni miqdarda artım Səudiyyə Ərəbistanında da qeydə alınıb və bu ölkədə iyun ayında orta hasilat gündəlik 10,33 mln. barel təşkil edib.

Xatırladaq ki, iyunun 18-də Venesuelanın neft naziri Euloxio del Pino bildirib ki, qarşısı alınmayacağı təqdirdə 2017-ci ildə neft qiymətləri 20 dollar/barelə qədər düşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi