OPEC hasilat kvotasını bir qədər də azalda bilər

OPEC hasilat kvotasını bir qədər də azalda bilər Neftin qiyməti 40 dollar/barelə düşərsə, əlavə tədbirlər görüləcək
Energetika
7 Dekabr , 2016 16:56
OPEC hasilat kvotasını bir qədər də azalda bilər

Bakı. 7 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 40 dollar/barelə düşərsə, OPEC bazarın sabitliyinin qorunması üçün əlavə tədbirlərə əl ata bilər. 

"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui verib. 

Onun sözlərinə görə, OPEC-in hasilatı azaltmasına baxmayaraq, neft qiymətləri düşməyə davam edərsə, OPEC yenidən toplanaraq bunu müzakirə edəcək və üzv olmayan ölkələrlə də məsləhətləşmələr aparacaq: "Bütün lazımi tədbirlər görüləcək".

Qeyd edək ki, OPEC və ona üzv olmayan ölkələr neft hasilatını gündəlik 1,8 mln. barel azaltmağa qərar verib. Bunun 1,2 mln. bareli OPEC-in, 0,6 mln. bareli isə qeyri-OPEC ölkələrinin payına düşür. 

Xatırladaq ki, hasilatın 1,8 mln. barel azaldılması qərarı ərəfəsində OPEC və ona üzv olmayan ölkələrin neft hasilatı noyabr ayında 0,4 mln. barel artım göstərib. Bu amil neft bazarında tələb və təklifin sabitləşməsini bir qədər əngəlləyərək qiymətlərin düşməsinə səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi