OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq

OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq Neft qiymətlərinin 50 dollar/bareldə tarazlıq tapması gözlənilir
Energetika
30 Noyabr , 2016 17:33
OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ OPEC-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib. 

Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanıb. 

Bununla da OPEC-in gündəlik hasilatı 32,5 mln. barelə endirməsi qərara alınıb. Açıqlamanın ardından "Brent" markalı neftin qiyməti 50,8 dollar/barelə enib. Qiymətin 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.

Son xəbərlər

Orphus sistemi