OPEC prezidenti: Növbəti OPEC+ görüşü gələn ilin I rübündə Bakıda keçiriləcək

OPEC prezidenti: Növbəti OPEC+ görüşü gələn ilin I rübündə Bakıda keçiriləcək Bakı. 24 dekabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşü fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.
Energetika
24 Dekabr , 2018 12:57
OPEC prezidenti: Növbəti OPEC+ görüşü gələn ilin I rübündə Bakıda keçiriləcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşü fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suheyl əl-Məzrui Neft İxrac edən Ərəb Ölkələri Təşkilatının konfransında bildirib.

BƏƏ-nin energetika nazirinin qeyd etdiyinə görə, neft hasilatçılarının görüşündə neft bazarının 2018-ci ilin yayında əldə edilən tarazlığa qaytarılması barədə danışıqlar aparılacaq.

Azərbaycan energetika nazirinin müşaviri Zəminə Əliyeva "Report"a OPEC+ çərçivəsində növbəti görüşün fevralın sonu, martın əvvəlində Bakıda keçiriləcəyi ilə bağlı məlumatı təsdiqləyib. Lakin o bildirib ki, görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, dekabrın 7-də OPEC+ 2019-cu ilin yanvar ayından ilin I yarısında gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılığa gəlib. Bu həcmin 800 min bareli OPEC, 400 min bareli qeyri-OPEC üzvlərinin payna düşür.

Son xəbərlər

Orphus sistemi