OPEC+ formatı çərçivəsində razılaşmaya ötən ay 114% əməl olunub

OPEC+ formatı çərçivəsində razılaşmaya ötən ay 114% əməl olunub OPEC+ formatı çərçivəsində neft hasilatının azaldılmasına dair razılaşmaya ötən ay 114% əməl olunub. O cümlədən razılaşmanı OPEC ölkələri 123%, qeyri-OPEC ölkələri isə 97% yerinə yetirb.
Energetika
13 İyul , 2021 18:22
OPEC+ formatı çərçivəsində razılaşmaya ötən ay 114% əməl olunub

OPEC+ formatı çərçivəsində neft hasilatının azaldılmasına dair razılaşmaya ötən ay 114% əməl olunub. O cümlədən razılaşmanı OPEC ölkələri 123%, qeyri-OPEC ölkələri isə 97% yerinə yetirb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) növbəti hesabatında bildirilir.

Sənədə əsasən, iyunda OPEC+ formatı çərçivəsində gündəlik neft hasilatının həcmi 450 min barel artaraq 40,9 milyon barel təşkil edib və həmin artımın 380 min bareli Səudiyyə Ərəbistanının payına düşüb.

Ötən il koronavirus (COVID-19) pandemiyasının səbəb olduğu kəskin ucuzlaşmadan sonra OPEC+ formatı çərçivəsində may ayında gündəlik hasilatın həcmi 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel ixtisar olunmuşdu. O vaxtdan bu yana ixtisarın miqdarı tədricən azalaraq ötən ay 6,2 milyon barel, bu ay isə 5,76 milyon barel təşkil edib. Ötən həftə keçirilən görüşlərdə Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi üzündən hasilatın ixtisarının sonrakı şərtləri razılaşdırılmadığı üçün həmin hasilat həcmi hələlik dəyişdirilmir.

Sözügedən ziddiyyətlər üzündən neft bazarında yaranan dalğalanmaların OPEC+ çərçivəsində sonrakı siyasətlə bağlı aydınlıq yaranana qədər davam edəcəyi güman olunur.

Son xəbərlər

Orphus sistemi