Yuxarı
    Bağlamaq

    OPEC fevralda gündəlik 31,958 mln. barel neft hasil edib

    ​OPEC ölkələri fevralda neft hasilatını əlavə 140 min barel azaldıb

    Bakı. 14 mart. REPORT.AZ/ OPEC ölkələri fevralda gündəlik neft hasilatını yanvar ayı ilə müqayisədə 139,5 min barel azaldaraq 31,958 mln. barelə endirib.

    “Report” RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in mart hesabatında ikinci mənbələrin məlumatlarına əsasən qeyd olunub.

    Məlumata görə, Nigeriya fevral ayında gündəlik neft haslatını yanvarla müqayisədə 58 min barel artıraraq 1,608 mln. barelə çatdırıb.

    Bununla belə, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 68,1 min barel, İraq 62 min barel, BƏƏ 36,9 min barel, Anqola isə 18,2 min barel azaldıb. Fevralda gündəlik neft hasilatı Səudiyyə Ərəbistanında 9,797 mln. barel, İraqda 4,414 mln. barel, BƏƏ-də 2,925 mln. barel, Anqolada 1,641 mln.barel təşkil edib.

    Qeyd edək ki, ötən ilin noyabr ayının sonunda OPEC ölkələri gündəlik neft hasilatının 1,2 mln. barel azaldılması ilə bağlı qərar verib. On ölkə - Əlcəzair, Anqola, Ekvador, Qabon, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela hasilatın azaldılmasına razılıq verib. Hasilatın azaldılması razılığında Nigeriya və Liviya üçün istisna tətbiq olunub.

    Hasilatın azaldılması üzrə öhdəliyi üzərinə götürən OPEC ölkələri öhdəliyi 10% artıq yerinə yetirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi