​OPEC: Dünya neft sənayesini xaos bürüyə bilər

​OPEC: Dünya neft sənayesini xaos bürüyə bilər OPEC hasilatı azaltmasa, 3 ilə neftin qiyməti 30 dollar/barelə düşə bilər
Energetika
27 Yanvar , 2015 13:24
​OPEC: Dünya neft sənayesini xaos bürüyə bilər

Bakı. 27 yanvar. REPORT.AZ/ Neft hasilatı sahəsinə yeni investisiyalar cəlb edilməsə, neft hasilatında və satışında böyük problemlər yarana bilər. "Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bunu Nefti İxrac edən Ölkələr Təşkilatının (OPEC) rəhbəri Abdulla əl-Bədri deyib.

Qurum dünya bazarında neftin satış həcminin son 6 ildə ən aşağı həddə düşdüyünü və əlavə investisiyaların cəlb edilməyəcəyi təqdirdə neft sənayesini xaos bürüyəcəyini açıqlayıb.

Məlumata görə, ABŞ-da həftəlik neft hasilatı 402,1 mln. barelə düşüb ki, analoji göstərici 1982-ci ildə qeydə alınıb.

CNBC telekanalına müsahibə verən "Goldman Sachs Group Inc."in prezidenti Qari Kon (Gary Cohn) deyib ki, OPEC haislatı azaltmazsa, ən geci 3 il sonra neftin qiyməti 30 dollar/barel civarında olacaq.

Son xəbərlər

Orphus sistemi