OPEC davamlı əməkdaşlıq mexanizmi hazırlayır

OPEC davamlı əməkdaşlıq mexanizmi hazırlayır Bakı. 26 yanvar. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) hasilatın azaldılmasına dair OPEC+ anlaşmasına qoşulmuş ölkələrlə davamlı əməkdaşlıq mexanizmi hazırlamağı planlaşdırır. 
Energetika
26 yanvar 2018 13:46
OPEC davamlı əməkdaşlıq mexanizmi hazırlayır
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 26 yanvar. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) hasilatın azaldılmasına dair OPEC+ anlaşmasına qoşulmuş ölkələrlə davamlı əməkdaşlıq mexanizmi hazırlamağı planlaşdırır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Küveytin neft naziri Bahit ər-Rəşidi məlumat verib.

"2017-ci ildəki əməkdaşlığımızın üstünlüklərini görərək gələcəkdə də anlaşma üzvü ölkələri ilə əməkdaşlığın davam etdirməsində və inkişaf etdirməsində maraqlıyıq. Düşünürük ki, ən yaxşı üsul davamlı strukturun yaradılması olacaq. Bu, ona görə lazımdır ki, gələcəkdə də neft bazarına müdaxilə lazım olduqda hazırlıqlı olaq. Təklif hazırda OPEC üzvü olan ölkələrin nümayəndələri ilə müzakirə edilir. İdeya il ərzində formalaşdırılaraq təsdiq üçün nazirlərə təqdim ediləcək. Daha sonra təkliflər OPEC üzvü olmayan ölkələrə ötürüləcək", - deyə o qeyd edib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak qeyd edib ki, neft hasilatının azaldılması barədə OPEC+ anlaşması bitdikdən sonra da ildə bir və yaxud iki dəfə üzv ölkələr toplaşaraq neft bazarındakı vəziyyəti müzakirə etmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi